Rusiyada koronavirusa qarşı burun damcısı peyvəndi hazırlanıb.
Bu barədə "Vektor" Virusologiya və Biotexnologiya Tədqiqatları İnstitutunun direktoru Rinat Maksyutov deyib. O bildirib ki, institutun yaratdığı peyvəndlərin üzərində araşdırmalar davam edir və onlardan biri buruna damcı formasında tökülən peyvənddir:
"Peyvəndlərimizdən biri klassik üsulla deyil, buruna damcı yolu ilə tökülən peyvənddir".
Həmçinin o bildirib ki, bu peyvəndlərin təsirini və təhlükəsizliyini araşdırmaq üçün işlər görülür.