Türkiyədə koronavirusdan daha 28 nəfər öldü, 1141 yeni yoluxma
Tarix:
29-05-2020, 22:00
/ 1 200 dəfə oxundu.
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, bu gün daha 28 nəfər ölüb.
Sosial şəbəkə hesabından məlumat paylaşan nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan 1141-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.