SON DƏQİQƏ

Koronadan ölənlərin dəfn edildiyi məzarlıq

Tarix:

2-05-2020, 14:35

/ 2 064 dəfə oxundu.
Koronadan ölənlərin dəfn edildiyi məzarlıq

Koronavirus xəstəliyindən ən çox ziyan görən Latın Amerikası ölkələrindən biri olan Braziliyada bu xəstəlikdən ölənlər üçün xüsusi qəbiristanlıq qurulub.

Braziliyanın Sao Paulo vilayətindəki Vila Formosa qəbirstanlığından çəkilən yeni görüntülər dəhşətə gətirir.

Qəbirstanlıqda tabutlar müəyyən məsafədən bir dəfn edilib və burada torpağa tapşırılanlar koronavirus səbəbindən dünyasını dəyişənlərdir.

Qeyd edək ki, Brazilyada 6412 nəfərin koronavirusdan ölməsinə baxmayaraq, ölkədə hələ də karantin rejimi tətbiq olunmur. Koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir neçə gün əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ