SON DƏQİQƏ
» » Yaponiyada koronavirus pandemiyası şirkətlərin fəaliyyətinə çox ciddi təsir göstərir

Yaponiyada koronavirus pandemiyası şirkətlərin fəaliyyətinə çox ciddi təsir göstərir

Tarix:

1-05-2020, 23:54

/ 1 264 dəfə oxundu.
Yaponiyada koronavirus pandemiyası şirkətlərin fəaliyyətinə çox ciddi təsir göstərir

Yaponiyada koronavirus pandemiyası şirkətlərin əksəriyyətinin fəaliyyətinə çox ciddi mənfi təsir göstərir.
GunAz.az bildirir ki, AZƏRTAC 123 şirkətin fəaliyyətini ümumiləşdirmiş "SMBC Nikko Securities" şirkətinə istinadla xəbər verir ki, bu şirkətlərin yarıdan çoxu ötən illə müqayisədə gəlirlərinin yarıbayarı azaldığını bildiriblər.
Həmin şirkətlər koronavirus pandemiyasına görə satışın kəskin azaldığını bəyan ediblər. Bununla yanaşı, həmin şirkətlər səhmlərinin qiymətinin enişi ilə əlaqədar ziyana düşdüklərini də bəyan ediblər.
Ümumilikdə götürdükdə bu 123 şirkətin gəlirlərinin ötən illə müqayisədə 10,8 faiz azaldığı qeyd edilir. Aviasiya və nəqliyyat şirkətlərinin, həmçinin elektron avadanlıqlar sektorunun xüsusən ciddi ziyanla qarşılaşdığı bildirilir.
Bu şirkətlərin təqribən 70 faizi 2020-ci maliyyə ilində fəaliyyətlərinin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkdiklərini deyiblər.
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ