SON DƏQİQƏ
» » Tramp koronavirusu adi qriplə müqayisə etdi: Düşünün...

Tramp koronavirusu adi qriplə müqayisə etdi: Düşünün...

Tarix:

9-03-2020, 23:57

/ 1 235 dəfə oxundu.
Tramp koronavirusu adi qriplə müqayisə etdi: Düşünün...

ABŞ Prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.

Report xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün Tvitter səhifəsində yazıb.

"Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla (ölüm faizi-red) 27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.

Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!" - deyə Tramp yazıb.

Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ