ABŞ prezidenti Donald Tramp, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon söhbətində bildirib ki, Rusiya Suriya ordusunun İdlibdəki əməliyyatlarına dəstək verməməlidir.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Tramp Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı Ərdoğana narahatlığını çatdırıb və humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə ona təşəkkür edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Türkiyəni Suriyanın İdlib bölgəsindəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.