SON DƏQİQƏ
» » Çində üç aylıq qız koronavirusdan müalicə edildi

Çində üç aylıq qız koronavirusdan müalicə edildi

Tarix:

12-02-2020, 19:24

/ 1 275 dəfə oxundu.
Çində üç aylıq qız koronavirusdan müalicə edildi

Çin əyalətinin Xaynan əyalətində həkimlər koronavirusdan üç aylıq körpəni müalicə ediblər.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Qeyd olunur ki, qız adada hamıdan əvvəl koronavirus xəstəliyinə tutulub və xəstələnənlər arasında yaşına görə ən cavan qız olub.

Uşaq Hubei əyalətinin Xiaogan şəhər dairəsinin Xongchun qəzasında anadan olub. Burada da koronavirus ocağı qeydə alınıb.

Yanvarın 20-də onun ailəsi Uxana yola düşüb, həmçinin Xunan vilayətində Xenşan şəhərini ziyarət edib, oradan isə yanvarın 25-də Xaykou şəhərinə gəlib. Elə burada onun halı pisləşib və  karantinə yerləşdirilib.

Fevralın 11-də o, valideynləri ilə xəstəxananı tərk edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ