SON DƏQİQƏ
» » Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTO

Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTO

Tarix:

8-02-2020, 12:45

/ 1 942 dəfə oxundu.
Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTO

Çinin Vuhan şəhərində yeni növ koronavirusun mənbəyi kimi göstərilən Huanan Dəniz Məhsulları Bazarı bağlandıqdan sonra, bu dəfə İndoneziyada olan və dünyanın ən qorxunc bazarı hesab edilən Tomohon bazarı dünya gündəminə düşüb.

GunAz.az xarici mətbuata istinadla xəbər verir ki, sözügedən bazara daha çox çinlilər üz tutur. Vuhan bazarında olduğu kimi, burada da yarasa, ilan, it, meymun və digər heyvanlar satılır. Bazarı qorxunc edən isə qəfəslərdə saxlanılan heyvanların satışdan öncə diri-diri qaynadılmasıdır. Satıcıların turistləri qorxutmaq və diqqət çəkmək üçün heyvanlara işgəncə verdikləri bildirilir. Hətta bəzi nəsli kəsilməkdə olan meymun növlərinin İndoneziya qanunlarına görə öldürülməsi qadağan olsa da, bazarda satılır.

Koronavirus səbəbindən bazar çinli müştərilər üçün bağlı olduğundan, turist sayında ciddi azalma müşahidə edilir.

Mütəxəssislər Tomoho bazarının və digər vəhşi heyvan bazarlarının potensial koronavirus mənbəyi olduğunu bildirirlər. Heyvan haqlarını müdafiə edənlər isə bu tip bazarların bağlanmasını tələb edirlər.

Vəhşi heyvanlarda müasir tibb tərəfindən hələ də müəyyənləşdirilməyən 1,7 milyon virus növü olduğu bildirilir. Tarix boyu çox sayda yoluxucu xəstəliyin Asiya və xüsusilə də Çində ortaya çıxması bu səbəbdən təsadüfi deyil.

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər