SON DƏQİQƏ
» » Bu yolla da koronavirusa yoluxa bilərsiniz - DİQQƏT

Bu yolla da koronavirusa yoluxa bilərsiniz - DİQQƏT

Tarix:

4-02-2020, 19:36

/ 1 969 dəfə oxundu.
Bu yolla da koronavirusa yoluxa bilərsiniz - DİQQƏT

Çinin Şençjen şəhərinin Üçüncü Milli Xalq Xəstəxanasının əməkdaşları sətəlcəmli xəstələrin bəzilərinin nəcis analizində "2019-nCoV” tipli koronavirusunun izinə rast gəliblər.

Bu, virusun daha bir yolla yayılma ehtimalını gündəmə gətirib.

Bu barədə "AsiaOne” xəbər yayıb.

Cənub Tibb Universitetinin Xalq Sağlamlıq Məktəbinin professoruÇjan Tsivey bəyan edib ki, bağırsaqdanifraz olunduqdan sonra infeksiya əllərlə, sonra isə insanın üzü ilə təmasda ola bilər.

O, həmçinin ayaqyoluların da təhlükə mənbəyi olduğunu bildirərək, buraların ilk növbədə dezinfeksiya edilməli olduğunu bildirib.

Çinin Uxan şəhərindən və ABŞ-dan olan həkimlər də eyni qənaətə gəliblər.

Daha əvvəl yeni infeksiyanın hava-damcı yolu ilə, yaxud da xəstələrlə fiziki təmas yolu ilə yayıldığı bildirilmişdi.

Bundan əlavə, koronavirusun insan orqanizminə gözün selikli qişasına təmas yolu ilə daxil ola biləcəyi istisna edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ