SON DƏQİQƏ
» » Daha bir qurum koronavirusa qarşı hərəkətə keçdi

Daha bir qurum koronavirusa qarşı hərəkətə keçdi

Tarix:

1-02-2020, 22:54

/ 807 dəfə oxundu.
Daha bir qurum koronavirusa qarşı hərəkətə keçdi

Çində yayılan koronavirusla əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb.

DANX-dan GunAz.az-a verilən məlumata görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb.

“Nəzərinizə çatdıraq ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqda daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq”, - qurumdan bildirilib.

скачать dle 12.1

Şərhlər