SON DƏQİQƏ
» » İraqda son ildə aşkarlanan kütləvi məzarlıqların sayı açıqlanıb

İraqda son ildə aşkarlanan kütləvi məzarlıqların sayı açıqlanıb

Tarix:

24-12-2019, 16:50

/ 1 296 dəfə oxundu.
İraqda son ildə aşkarlanan kütləvi məzarlıqların sayı açıqlanıb

İraqda 2019-cu ilin əvvəlindən indiyədək 18 kütləvi məzarlıq tapılıb.

GunAz.az xəbər verir ki, bu barədə "Şəhidlərin İşləri üzrə Dövlət Müəssisəsi"nin mməsul şəxsi Ziya Kərim məlumat verib.

Bildirilib ki, 2019-cu ilin əvvəlindən indiyədək ölkənin müxtəlif əyalətlərində 18 kütləvi məzarlıq tapılıb.

Əlavə edilib ki, kütləvi məzarlıqlardakı cənazələr və onların qalıqları əl-Qaidə, İŞİD, sabiq BƏƏS rejimi və onların dəstəklədiyi müxtəlif birləşmələr tərəfindən qətliam edilənlərə aiddir.

İraqın əl-Ənbar, Səlahəddin, Nineva, Dahuk, Kərkük əyalətləri ən çox kütləvi məzarlıqların olduğu bölgələrdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ