SON DƏQİQƏ
» » İranda yeddi dövlətin təhlükəsizlik rəsmilərinin ikinci beynəlxalq toplantısı başlayıb

İranda yeddi dövlətin təhlükəsizlik rəsmilərinin ikinci beynəlxalq toplantısı başlayıb

Tarix:

18-12-2019, 14:39

/ 1 246 dəfə oxundu.
İranda yeddi dövlətin təhlükəsizlik rəsmilərinin ikinci beynəlxalq toplantısı başlayıb

 İran, Çin, Rusiya, Hindistan, Əfqanıstan, Tacikistan və Özbəkistanın milli təhlükəsizlik katibləri və müşavirləri bu gün Tehranda bir araya gəliblər.

GunAz.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasının təşkilatçılığı ilə bu gündən Tehranda yeddi dövlətin təhlükəsizlik rəsmilərinin iştirakı ilə beynəlxaq toplantıya start verilib.

Tehranda baş tutan bu toplantıda Rusiya, Çin, Özbəkistan, Tacikistan, Hindistan və Əfqanıstan milli təhlükəsizlik rəsmiləri də iştirak edəcək.

Bir gün çəkəcək bu toplantı çərçivəsində üzv dövlətlərin nümayəndələri iki tərəfli və çoxtərəfli görüşlər keçirərək, regional təhlükəsizlik məsələlərini, xüsusilə də Əfqanıstanla bağlı məsələləri müzakirə edəcəklər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ