SON DƏQİQƏ
» » Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub

Tarix:

13-12-2019, 12:00

/ 1 837 dəfə oxundu.
Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən GunAz.az-a verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparıblar. Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə ediblər. Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, səfər mübadiləsinin reallaşdırılması müzakirə olunub. Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ