SON DƏQİQƏ
» » Tramp İŞİD liderinin öldürülməsində iştirak etdiyi deyilən iti qəbul edib (VİDEO)

Tramp İŞİD liderinin öldürülməsində iştirak etdiyi deyilən iti qəbul edib (VİDEO)

Tarix:

26-11-2019, 18:10

/ 1 271 dəfə oxundu.
Tramp İŞİD liderinin öldürülməsində iştirak etdiyi deyilən iti qəbul edib (VİDEO)

ABŞ prezidenti Donald Tramp ötən gün Ağ Evdə İŞİD lideri Əbu-Bəkr əl-Bağdadinin öldürülməsində rolu olduğu deyilən iti qəbul edib.

GunAz.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, onun xanımı Melaniya Tramp və vitse-prezident Mayk Pens ötən gün Ağ Evdə əl-Bağdadinin öldürülməsində yaxından iştirak etdiyi deyilən Conan adlı iti qəbul ediblər.

Tramp itin Ağ Evdə olmasından fəxarət hissi duyduğunu bildirib və ona mükafat veriləcəyini deyib.

Mayk Pens də öz növbəsində bildirib ki, onlar bu əməliyyatı heç bir itki olmadan həyata keçiriblər. O əlavə edib ki, Conanın Ağ Evdə olmasına görə sevinirlər.

https://youtu.be/fcN5XZm_aOI

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ