Rusiya Prezidenti Vladimir Putin, Rusiya ilə Çin arasındakı ticarətin ildə 200 milyard dollara qədər artırılmasının reallaşdırıla biləcək tapşırıq olduğunu bildirib.
GunAz.az-ın məlumatına görə, Putinin açıqlaması Kremlin rəsmi saytında yayımlanıb.
O qeyd edib ki, Çin və Rusiya arasındakı ticarət mübadiləsi artıq bu göstərici üzrə ildə 100 milyard dolları keçib.
"Keçən il 108 milyard qazandıq", Putin deyib.
Putin əlavə edib ki, Moskva və Pekin ticarəti 200 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyub.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər görülür.
N.SAFURA