SON DƏQİQƏ
» » Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

Tarix:

25-10-2019, 21:53

/ 998 dəfə oxundu.
Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

MMA döyüşçüsünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun qaldığı hoteldə toplanan dağıstanlıları tərifləyib. Bu barədə “Telegram” xəbər verir.

Nurməhəmmədov Rusiyada əsl kişilərin çox olduğunu söyləyib:

“Qorxaq insanlar bu ərazidə məskən salmır. Belə ölkəni tənqid etməkdənsə, onunla fəxr etməlisən”. Makqreqorun dağıstanlıları qorxaq adlandırmasını Nurməhəmmədov təxribat hesab edib. Bundan əlavə, o, jurnalistləri irlandiyalını reklam etməməyə çağırıb.

Qeyd edək ki, Makqreqor mətbuat konfransında Nurməhəmmədovun onunla Rusiyada döyüşməkdən qorxduğunu və ümumiyyətlə, onun timsalında bütün dağıstanlıların qorxaq oduğunu deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ