SON DƏQİQƏ
» » Putin şəxsən iştirak etdi, bu təlim təsadüfi deyil – Politoloq

Putin şəxsən iştirak etdi, bu təlim təsadüfi deyil – Politoloq

Tarix:

21-10-2019, 20:46

/ 356 dəfə oxundu.
Putin şəxsən iştirak etdi, bu təlim təsadüfi deyil – Politoloq

Hərbi təlimlərin konkret məqsədi və mesajı olur. Təlimlər təsadüfən keçirilmir. İndiki dünyada bu, güc nümayişi və bu gücün sayəsində öz siyasi ambisiya və məqsədlərinə nail olmaq vasitəsidir.

Bu fikirləri GunAz.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiyanın keçirdiyi "Qrom-2019" təlimləri haqqında danışarkən deyib.

Xatırladaq ki, strateji nüvə qüvvələrinin tətbiq edilməsi zamanı əlbir fəaliyyətin sınaqdan keçirildiyi təlimlərdə Rusiya Prezidenti Vladimir Putin şəxsən iştirak edib.

Hərbçi mütəxəssisin fikrincə, Rusiya beynəlxalq aləmdə özünə məxsus təsirə və gücə malik ölkədir: "Rusiya daha çox təsir müxanizmlərindən istifadə edərək beynəlxalq siyasətdə öz yerini bərkitmək, ərazilərini genişləndirmək və təsirini böyütmək məqsədi güdür.

Bu, həm də onu göstərir ki, Rusiya hegemonluq həvəsinə düşüb və təsirini bu formada genişləndirir. Siyasətdə öz təsirini genişləndirmək üçün əlində mexanizmlər olmalıdır.

Təsir mexanizmlərdən birincisi güc amildir. Odur ki, nüvə arsenalını hərəkətə gətirmək böyük hadisədir. Əlbəttə, təlim keçirmək olar. Təlim haqqında ancaq o təlimə aid heyət məlumatlandırılır.

Daha sonra təlim keçirilir, nəticələr ortaya çıxarılır, məqsədə çatıb-çatmamaq qiymətləndirilir. Rusiyadakı son təlimlər daha çox əzələ nümayişi hesab oluna bilərdi. Bütün kanallar bu nümayişi təqdim edir və yayırdı. Əslində təlimlərdə məhdudiyyət məsələləri olur. Rusiya nüvə daşıyıcılarını bu formada, ölkənin bu başından o biri başına gətirib göstərməklə əslində gücünü nümayiş etdirir, mesaj verir ki, nüvə silahlarını istənilən yerdə tətbiq edə bilər".

Qeyd edək ki, ötən həftə tən həftə Rusiyada keçirilən və nüvə triadasının hər üç elementinin (sualtı, yerüstü və hava) sınaqdan keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ