SON DƏQİQƏ

Yaponiyada tayfun davam edir - 38 min nəfər...

Tarix:

14-10-2019, 19:54

/ 1 956 dəfə oxundu.
Yaponiyada tayfun davam edir - 38 min nəfər...

Yaponiyada "Hagibis" tayfunundan ölənlərin sayı  44  nəfərə çatıb.

Bu haqda ölkənin Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Bildirilir ki, təbi fəlakət nəticəsində 14 nəfər itkin düşüb, 100-ə yaxın insan isə yaralanıb. 17 prefekturada təxminən 38 min insan evlərini tərk edib.

Xatırladaq ki, "Hagibis" tayfunu 11 oktyabrda ölkəni cənginə alıb.

Qeyd edək ki, bu, Yaponiyada ilin əvvəlindən bəri baş verən 19-cu tayfundur.

Yaponiya Meteoroloji Agentliyinin proqnozuna görə isə hazırkı "Hagibis" son 60 ildə ən güclü tayfundur.

 

скачать dle 12.1

Şərhlər