SON DƏQİQƏ
» » Ərdoğan: Rusiya Suriyadakı əməliyyatın genişlənməsinə etiraz etmir

Ərdoğan: Rusiya Suriyadakı əməliyyatın genişlənməsinə etiraz etmir

Tarix:

14-10-2019, 17:30

/ 1 767 dəfə oxundu.
Ərdoğan: Rusiya Suriyadakı əməliyyatın genişlənməsinə etiraz etmir

Suriyanın şimalında "Barış Pınarı" əməliyyatı başlandıqdan bəri zərərsizləşdirilən terrorçuların sayı 550-ə çatıb. GunAz.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərdən əvvəl təşkil etdiyi brifinqdə deyib.

Ərdoğanın sözlərinə görə, Rusiyanın Suriyaya müsbət yanaşması nəzərə alınarsa, Suriyanın Kobani şəhərinin terrorçulardan təmizlənməsi ilə bağlı heç bir problem olmayacaq.

"Mənbic bölgəsinə gəlincə Türkiyə bu bölgədəki qərarlarını icra etməyə davam edir. Türkiyə terrorçuları məhv etməyə çalışan bir dövlətdir. Təbii ki, terrorçularla müharibədən söhbət getmir. Biz antiterror əməliyyatı keçiririk", dövlət başçısı deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ