SON DƏQİQƏ
» » PKK dinc əhalini hədəf aldı: 7 ölü, 85 yaralı

PKK dinc əhalini hədəf aldı: 7 ölü, 85 yaralı

Tarix:

11-10-2019, 10:39

/ 582 dəfə oxundu.
PKK dinc əhalini hədəf aldı: 7 ölü, 85 yaralı

Ötən gün Türkiyənin Mardin və Şanlıurfa bölgələrinin minaatanlarla atəşə tutulması zamanı həlak olanların sayı 7-ə çatıb.

GunAz.az xəbər verir ki, Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşən mərmilər 85 nəfərin yaralanmasına səbəb olub.

Şanlıurfanın Ceylanpınar ilçəsinə atılan raketlərdən bəziləri yaşayış evlərinə düşüb. Burada 11 yaşlı Əlif Tərim aldığı qəlpə yarasından dünyasını dəyişib. Mardin bölgəsində isə terrorçuların atdığı mərmi bir ailənin üç üzvünün (ana və qızları) ölümünə səbəb olub.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerində araşdırma aparan ekspertlər mərmilərin bəzilərinin rus, bəzilərinin isə ABŞ istehsalı olduğunu bildiriblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ