SON DƏQİQƏ

Litvalı nazir DOST Mərkəzində olub

Tarix:

3-10-2019, 16:36

/ 1 293 dəfə oxundu.
Litvalı nazir DOST Mərkəzində olub

Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı ziyarət olunub. GunAz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitis ilə görüş olub. Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Bildirilib ki,  DOST mərkəzi hər gün orta hesabla 400-450 vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərilir. Aparılan sorğu nəticəsində müəyyən edilib ki, göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 94 faizdən çoxdur. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan  DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ