SON DƏQİQƏ

FİFA-dan İrana çağırış: İcazə verin!

Tarix:

20-09-2019, 16:22

/ 1 947 dəfə oxundu.
FİFA-dan İrana çağırış: İcazə verin!

FİFA prezidenti Canni İnfantino İrana qadınların futbol qarşılaşmalarına getməsinə icazə verməsi üçün çağırış edib.

GunAz.az xəbər verir ki, İnfantino İranda qadınların stadionlara girməsinə icazə verməyin vaxtının gəldiyini bildirib.

FİFA prezidenti həmçinin oktyabr ayından etibarən bu məsələdə müsbət yeniliklərin gözləndiyini qeyd edib.

Qeyd edək ki, İran hökuməti oktyabrın 10-dan etibarən qadınların stadionlara girişinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Buna görə ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı olan bölmələr inşa edilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ