SON DƏQİQƏ
» » Türkiyə SQ İraqın iki bölgəsində əməliyyat keçirib

Türkiyə SQ İraqın iki bölgəsində əməliyyat keçirib

Tarix:

5-09-2019, 16:31

/ 1 891 dəfə oxundu.
Türkiyə SQ İraqın iki bölgəsində əməliyyat keçirib

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi anti-terror əməliyyatında daha üç terrorçu məhv edilib. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı İraqın Avaşin-Basyan və Sinat-Haftanin bölgələrindəki PKK hədəflərinə hava zərbələri endirilib.

Hücum "Pençe" əməliyyat qərargahı ilə kordinasiyalı şəkildə icra edilib.

Qeyd edək ki, mayın 27-də İraqın Hakurk bölgəsində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarın rəhbərliyi ilə Pençe-1 əməliyyatı başlayıb. 

İyul ayında əməliyyatın miqyası genişləndirilib və Pençe-2 mərhələsi başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ