SON DƏQİQƏ
» » Kabildə törədilən terror aktında Rumıniyanın diplomatik nümayəndəliyinin əməkdaşı ölüb

Kabildə törədilən terror aktında Rumıniyanın diplomatik nümayəndəliyinin əməkdaşı ölüb

Tarix:

4-09-2019, 19:30

/ 1 319 dəfə oxundu.
Kabildə törədilən terror aktında Rumıniyanın diplomatik nümayəndəliyinin əməkdaşı ölüb

Rumıniyanın Əfqanıstandakı diplomatik nümayəndəliyinin əməkdaşı Kabildə törədilən terror aktı zamanı öldürülüb.

GunAz.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, əməkdaşlardan biri ağır şəkildə yaralanıb. 

"Sentyabrın 2-dən 3-nə keçən gecə Rumıniyanın Kabildəki səfirliyinin yerləşdiyi bölgədəki düşərgə ərazisində xarici vətəndaşlara qarşı terror aktı törədilib. Hücum nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin işçilərindən biri ölüb, biri isə ağır yaralanıb", nazirliyin açıqlamasında deyilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ