SON DƏQİQƏ

Meriyadan paytaxt sakinlərinə - Müraciət

Tarix:

4-09-2019, 09:32

/ 1 993 dəfə oxundu.
Meriyadan paytaxt sakinlərinə - Müraciət

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir.

BŞİH-dən GunAz.az-a verilən məlumatda bildirilib ki, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur.

“Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb. Bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirmiş, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülmüşdür. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.

Qeyd etmək lazımdir ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir"- məlumatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ