SON DƏQİQƏ
» » Netanyahu Əsədi hədələdi: Nəticələri olacaq!

Netanyahu Əsədi hədələdi: Nəticələri olacaq!

Tarix:

26-08-2019, 09:39

/ 1 953 dəfə oxundu.
Netanyahu Əsədi hədələdi: Nəticələri olacaq!

Bölgədəki hər hansı bir ölkənin İsrailə hücum etməsinə icazə verməyəcəyik.

GunAz.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, İranın dəstəklədiyi Qüds briqadalarının PUA-lar vasitəsilə Qolan təpələrinə təşkil etdikləri hücumun qarşısının alındığını bildirib və ad çəkmədən Suriya lideri Əsədə xəbərdarlıq edib:

“İranın İsraili hədəfə aldığı bütün hücum planlarını üzə çıxaracağıq. Torpaqlarının İsrailə qarşı hücumlarda istifadə edilməsinə icazə verən hər ölkə bunun nəticələrini görəcək”.

скачать dle 12.1

Şərhlər