SON DƏQİQƏ
» » Pxenyan təhdid etdi: ABŞ ağır bədəl ödəyəcək

Pxenyan təhdid etdi: ABŞ ağır bədəl ödəyəcək

Tarix:

6-08-2019, 10:42

/ 1 392 dəfə oxundu.
Pxenyan təhdid etdi: ABŞ ağır bədəl ödəyəcək

Şimali Koreya ABŞ və Cənubi Koreyanı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.

GunAz.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi informasiya yayıb.

Şimali Koreya rəhbərliyi ABŞ-la Cənubi Koreyanın birgə təlimlərinin davam edəcəyi halda ölkənin yeni yollar axtaracağını deyib:

“Birmənalı xəbərdarlıqlarımıza baxmayaraq, ABŞ və Cənubi Koreya Şimali Koreyaya hədəflənmiş birgə hərbi təlimlərə başlayıb”.

Pxenyan hər şeyə rəğmən, dialoqa sadiq qaldığını, lakin sözügedən fəaliyyətlər fonunda cavab addımları atacağını qeyd edib:

“Əgər ABŞ və Cənubi Koreya Şimali Koreyanın xəbərdarlığına məhəl qoymasa, Pxenyan onları ağır bədəl ödəməyə məcbur edəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ