SON DƏQİQƏ
» » Ərdoğana qarşı partiyanı onlar yaradır - Siyahı

Ərdoğana qarşı partiyanı onlar yaradır - Siyahı

Tarix:

2-08-2019, 15:42

/ 1 285 dəfə oxundu.
Ərdoğana qarşı partiyanı onlar yaradır - Siyahı

Türkiyənin keçmiş iqtisadiyyat naziri Əli Babacan ölkədə yeni siyasi partiya yaradacaq şəxslərin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, payız aylarında Türkiyənin sabiq prezidenti Abdullah Gül və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş sədr müavini Bəşir Atalay tərəfindən yeni siyasi partiyanın yaradılacağını bildirib.

Qeyd edək ki, Əli Babacan iyulun 8-də AKP-nin sıralarını tərk edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən getdiyinə görə Babacanı tənqid etmişdi.

Bundan əvvəl isə Türkiyə mediası Əli Babacanın rəhbərlik etdiyi yeni bir partiyanın yaradılacağını və Abdullah Gülün bu siyasi hərəkata qoşulacağını xəbər vermişdi.

скачать dle 12.1

Şərhlər