SON DƏQİQƏ
» » Azad Rəhimov: Avropa Festivalı istədiyimizdən də yaxşı qarşılandı

Azad Rəhimov: Avropa Festivalı istədiyimizdən də yaxşı qarşılandı

Tarix:

27-07-2019, 11:58

/ 1 762 dəfə oxundu.
Azad Rəhimov: Avropa Festivalı istədiyimizdən də yaxşı qarşılandı

Avropa Gənclər Olimpiya Festivalı istədiyimizdən də yaxşı qarşılandı. Yarışa maraq yüksək oldu. Artıq 135 medal dəstindən 115-i sahibini tapıb. Rusiya artıq 60 medalla ilk sırada qərarlaşıb. Azərbaycan isə 10 qızıl, 7 gümüş və 6 bürünc medalla II sıradadır. Ümid edirəm ki, sonadək bu mövqeyi əldən verməyəcəyik.

GunAz.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bu gün Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı hesabat xarakterli mətbuat konfransında bu idman tədbirində həm azarkeşlərin, həm də medianın böyük rolu olduğunu bildirib:

“Oyunların işıqlandırılmasında medianın rolu yüksək olub. 100-yə yaxın media nümayəndəsi 350-yə yaxın zonada müsahibə götürüb. Sosial mediada bu yarışla bağlı 200 mindən çox fikir mübadiləsi aparılıb”.

Nazir xatırladıb ki, 2007-ci ildə Belqradda keçirilən festivalda Azərbaycan yeddi qızıl medal qazanmışdı:

“O vaxt VI sıranı tutmuşduq. İndi isə hazırda II yerdəyik. Təbii ki, qızıl medallarımızın sayı daha çox ola bilərdi. Amma ümumilikdə medalların sayından razı qaldım.

Komanda idman növlərində uğur qazana bilməməyimizlə razıyam. Ancaq nəzərə almalıyıq ki, Azərbaycana bu yarışla bağlı gələn yeddi komanda Avropanın ən güclüsü idi. Bununla belə, basketbol millimizin Xorvatiya üzərində qələbəsi bizi sevindirdi”.

Qeyd edək ki, bu gün Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimi saat 20:30-da başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ