SON DƏQİQƏ
» » Çin Rusiyanı silah bazarında sıxışdırır – Yeni reytinq

Çin Rusiyanı silah bazarında sıxışdırır – Yeni reytinq

Tarix:

23-07-2019, 15:20

/ 1 437 dəfə oxundu.
Çin Rusiyanı silah bazarında sıxışdırır – Yeni reytinq

Çin hərbi şirkətləri ilk dəfə Rusiya şirkətlərini üstələyərək, dünyanın 100 ən böyük hərbi-sənaye tədarükçüləri reytinqinə daxil olublar.

GunAz.az xəbər verir ki, bu məlumatı “Defens Nyus” yayıb. Məlumata görə, yeni reytinq cədvəlinin ilk onluğunda Çinin AVİC, “Norinco” və CASİC şirkətləri yer alıb. Ümumilikdə siyahıya 8 Çin şirkəti daxil olub.

Rusiya şirkətləri arasında ən yüksək yeri “Almaz-Antey” (15-ci yer) tutub. Siyahıda həmçinin Rusiyanın “Taktiki Raket Silahları” şirkəti də yer alıb ki, o da 32-ci yerlə kifayətlənməli olub.

Reytinq cədvəlində ilk dörd yeri ABŞ şirkətləri tutub - “Lokhid Martin”, “Boinq”, “Norsrop Qrumman” və “Raytheon”. Siyahıda ümumilikdə 40 ABŞ hərbi şirkəti yer alıb.

Britaniya isə 10 şirkətlə ikinci olub.

Reytinq cədvəlində Türkiyə və İsrail şirkətləri də yer alıb. Türkiyədən yeni reytinqə 4, İsraildən isə 3 şirkət düşüb. Türkiyə şirkətləri arasında ən yüksək pillədə ASELSAN (52) dayanıb.

İsrail şirkətlərinin hamısı reytinq cədvəlində türk şirkətlərini qabaqlayıblar. İsrail kampaniyaları arasında ən yüksək pillədə “Elbit Systems” (35) dayanıb. Dəmir Qübbənin istehsalçıları olan “İsrail Aerokosmik Sənayesi” və “Rafael Qabaqcıl Müdafiə Sistemləri” isə müvafiq olaraq 44 və 46-cı yerlərdə qərarlaşıblar. Ümumilikdə isə cari ildə İsrail şirkətlərinin sıralamasında geriləmə, Türkiyə şirkətlərində isə irəlləmə qeydə alınıb.

Qeyd edək ki, keçən il tətbiq edilən siyahıda Rusiyanın “Almaz-Antey” şirkəti 8-ci yerə sahib olduğu halda Çin tədarükçülərdən heç biri reytinq cədvəlinə düşə bilməmişdi.

скачать dle 12.1

Şərhlər