SON DƏQİQƏ

Boliviyada ölümcül virus aşkar edilib

Tarix:

2-07-2019, 18:04

/ 1 763 dəfə oxundu.
Boliviyada ölümcül virus aşkar edilib

Boliviyada mənşəyi naməlum ölümcül virus aşkar edilib. Ölkə səlahiyyətliləri  virus təsbit edildikdən sonra sanitariya-epidemioloji və gigiyenik tədbirlər görüb, onlar həmçinin virusun mənşəyi öyrənmək üçün beynəlxalq cəmiyyətdən  kömək istəyib.

GunAz.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Qabriela Montano jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hakimiyyət orqanları xəstənin ölümündən sonra həyəcan siqnalı verib. İki nəfər intensiv bölmədə müalicə edilir, daha üç nəfərdə isə xəstəliyin əlamətləri aşkar edilib.

Boliviya səlahiyyətliləri, xəstəliyin müəyyənləşdirilməsində kömək üçün beynəlxalq tibbi cəmiyyətə müraciət edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ