SON DƏQİQƏ
» » Hərbçilərimiz Belarusda hərbi paradda iştirak edəcək

Hərbçilərimiz Belarusda hərbi paradda iştirak edəcək

Tarix:

28-06-2019, 10:50

/ 1 815 dəfə oxundu.
Hərbçilərimiz Belarusda hərbi paradda iştirak edəcək

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ