SON DƏQİQƏ
» » İrana hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacım yoxdur - Tramp

İrana hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacım yoxdur - Tramp

Tarix:

25-06-2019, 17:49

/ 1 864 dəfə oxundu.
İrana hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacım yoxdur - Tramp

ABŞ prezidenti Donald Tramp İrana hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını bəyan edib.

GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə prezident "The Hill" xəbər portalına verdiyi müsahibəsində deyib.

Onun administrasiyası İran ətrafındakı vəziyyət və atılan addımlarla bağlı dərhal Konqresə məlumat verir.

"Hesab edirəm ki, Konqresdə bunu yüksək qiymətləndirirlər. Onları məlumatlandırmaq istəyirəm, amma qanuna əsasən bunu etməyə məcbur deyiləm", - Tramp deyib.

Beləliklə, prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin fikri ilə  razılaşmadığını bildirib. Pelosi daha əvvəl bildirmişdi ki, Tramp belə bir hərbi əməliyyatın keçirilməsi üçün qanunverici orqanların təsdiqini almalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ