SON DƏQİQƏ
» » Donald Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

Donald Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

Tarix:

22-06-2019, 08:13

/ 2 736 dəfə oxundu.
Donald Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp qeyd edib.

Amerika lideri "mən buna cəhd etmirəm", - deyə bir daha təkrar edib.

O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

"Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz", - Tramp deyib. "Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır", - deyə Ağ Ev rəhbəri əlavə edib. 

скачать dle 12.1

Şərhlər