SON DƏQİQƏ

Ermənistanda meriyaya qumbara atıldı

Tarix:

10-06-2019, 10:28

/ 1 902 dəfə oxundu.
Ermənistanda meriyaya qumbara atıldı

Ermənistanın Ararat vilayətinin Vedi şəhərinin meriyasının binasında qumbara partladılıb.

GunAz.az xəbər verir ki, bu məlumatı SputnikErmənistan” yayıb. Məlumata görə, hadisə bazar günü gecə baş verib və polis artıq qumbara atmaqda şübhəli bilinən şəxsi yaxalayıb.

Meriyaya qumbara atan şəxsin bunu qisas məqsədilə etdiyi bildirilib. Belə ki, meriya binasında uzun müddət yaşayan şəxsdən ona ayrılmış otağa pis baxdığı üçün meriyanı tərk etməsi tələb edilib. Bundan sonra əsəbiləşən kişi etiraz olaraq yaşadığı yerə qumbara ataraq meriyanı tərk edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ