SON DƏQİQƏ

Bu ölkədə balıq ovu qadağan edildi

Tarix:

20-05-2019, 16:37

/ 177 dəfə oxundu.
Bu ölkədə balıq ovu qadağan edildi

Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.

BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.

Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.

Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ