SON DƏQİQƏ

Venesuelada hərbi çevriliş başladı - Canlı

Tarix:

30-04-2019, 16:41

/ 175 dəfə oxundu.
Venesuelada hərbi çevriliş başladı - Canlı

Venesuela müxalifətinin lideri Xuan Quaido Prezident Nikolas Maduronun devrilməsinə hazırlanmış “Azadlıq” əməliyyatının finalının başladığını elan edib.

GunAz.az xəbər verir ki, Quaido bu barədə özünün Tvitter səhifəsində məlumat yayıb.

“Venesuela xalqının talan edilməsinin sonu çatdı. Hazırda mən “Azadlıq” əməliyyatının final fazasının nə anlama gəldiyini başa salmaq üçün bizim silahlı qüvvələrimizin əsas birləşmələri ilə görüşürəm”, - Quaido bildirib.

O, hazırda Venesuela ordusunun əsas birləşmələri ilə görüşdüyünü bildirib. Quaido ordunun doğru qərar qəbul etdiyini bildirib. Quaido videomüraciət də yayıb və Venesuela xalqını hərbçilərlə birgə üsyana qalxmağa səsləyib.

“Röyter” agentliyi Quaidonun hazırda paytaxt Karakasda yerləşən La Karlota aviabazasında olması haqqında məlumat yayıb.

Venesuelanın İnformasiya naziri Xorxe Rodriqos isə hazırda Venesuelada dövlət çevrilişinə cəhd göstərildiyini təsdiqləyib. O, Quaido tərəfdarlarını satqın adlandırıb.

***

Venesuela ordusu prezident Nikolas Maduroya sadiq olaraq qalır.

Bunu jurnalistlərə açıqlamasında Venesuela Müdafiə naziri Vladimir Padrino Lopes deyib.

“Venesuela Silahlı Qüvvələr qəti şəkildə konstitusiya və legitim hökumətin müdafiəsinin tərəfdarıdır. Respublikadakı bütün hərbi hissələr öz kazarmaları və hərbi bazalarında vəziyyətin normal olmasını raport edirlər” – deyə o bildirib.

***

Venesuelanın “Cantv” dövlət internet provayderi ölkədə Tvitter, Feysbuk və digər sosial şəbəkələrə girişi məhdudlaşdırıb.

Hökumət belə bir addımı Venesuela müxalifətinin lideri Quaidonun xalqa Tvitterlə müraciətindən sonra atıb.

***

Hökumət qüvvələri Xuan Quaidonun xalq və hərbçiləri Maduroya qarşı çağırış etdiyi “Karlota” aviabazasının yaxınlığında gözyaşardıcı qazlardan istifadə edib.

Venesuela Xarici İşlər naziri Xorxe Arreasa dövlət çevrilişənə cəhddə Kolumbiyanı ittiham edib. Onun sözlərinə görə, çevrilişə cəhdi Kolumbiya hökuməti maliyyələşdirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ