SON DƏQİQƏ

Türkiyə Suriyada müharibəyə hazırlaşır

Tarix:

30-03-2019, 21:52

/ 10 206 dəfə oxundu.
Türkiyə Suriyada müharibəyə hazırlaşır

Türkiyə müdafiə naziri Hulusi Akar Suriyada Fırat çayının şərqində yerləşən rayonlarda planlaşdırılan əməliyyatın idarə edilməsi üzrə birgə mərkəzin açılışında iştirak edib.

Anadolu”nun məlumatına görə, Akar Suriya ilə sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra həll etmək niyyətində olduğunu bəyan edib. Söhbət Suriyanın şimalında fəaliyyət göstərən kürd dəstələrinə qarşı əməliyyatdan gedir.

Müdafiə naziri Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatını da şərh edib. O bildirib ki, səhər saatlarından etibarən aviasiya PKK terrorçularınının mövqelərinə zərbələr endirir.

скачать dle 12.1

Şərhlər