SON DƏQİQƏ

Çində “Boeing” qadağan olundu

Tarix:

11-03-2019, 10:50

/ 10 196 dəfə oxundu.
Çində “Boeing” qadağan olundu

Çin Xalq Respublikası Efiopiyada baş verən qəzadan sonra “Boeing 737 Max 8” sərnişin təyyarəsinin istismarına qadağa qoyub.

Bu barədə Gazeta.ru Çinin mülki aviasiya idarəsinin saytına istinadən məlumat yayıb.

“Bu addım Çində hava reysləinin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl “Boeing” şirkəti Efiopiyada baş verən aviaqəzadan sonra yeni modelin təqdimatını təxirə salıb.

Xatırladaq ki, ötən gün Efiopiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 149 sərnişin və 8 ekipaj üzvü ölüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ