SON DƏQİQƏ

"Xocalıya ədalət gəlməlidir" - Erkan Özoral

Tarix:

26-02-2019, 13:11

/ 10 274 dəfə oxundu.
"Xocalıya ədalət gəlməlidir"   - Erkan Özoral

Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, biz də rahat olmayacağıq.

GunAz.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

“27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın”.

Səfirin sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın:

“Kimlərsə buna cəsarət etməsin. Bir həftədir Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Daha bir həftə də bu tədbirlər davam edəcək. Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacağıq”. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ