SON DƏQİQƏ

Kilsənin ardınca məscid də partladıldı

Tarix:

30-01-2019, 13:31

/ 10 183 dəfə oxundu.
Kilsənin ardınca məscid də partladıldı

Filippinin Mindanao adasında məsciddə partlayış baş verib.

GunAz.az xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, dini icma rəhbərləri məsciddə olarkən naməlum şəxs oraya qumbara atıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Filippində kilsələrin birində törədilmiş partlayış nəticəsində 20 nəfər həlak olmuş, 111 nəfər yaralanmışdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ