SON DƏQİQƏ
» » Amerikada silahlı insidentlər nəticəsində 102 ölü və yaralı

Amerikada silahlı insidentlər nəticəsində 102 ölü və yaralı

Tarix:

29-01-2019, 19:17

/ 10 236 dəfə oxundu.
Amerikada silahlı insidentlər nəticəsində 102 ölü və yaralı

Amerikada Silahlı Zorakılıq Hallarının Qeydiyyatı Mərkəzi ötən 24 saat ərzində 32 nəfərin ölməsi və 70 nəfərin yaralanmasından xəbər verib.

GunAz.az xəbər verir ki, İRİB-nin bildirdiyinə görə, Amerikada Silahlı Zorakılıq Hallarının Qeydiyyatı Mərkəzi ötən 24 saat ərzində müxtəlif şatlarda və müxtəlif şəhərlərdə 108 silahlı insidentin qeydə alındığını bildirərək, Ohayo, Texas və Nyu Cersi ştatlarının ən çox silahlı insidentin baş verdiyi ştatlar olduğunu elan edib.

Amerikada Silahlı Zorakılıq Hallarının Qeydiyyatı Mərkəzi əlavə edib: Ölkədə baş verən silahlı insidentlərə dair xəbərlərin 48 saat sonra yekunlaşdığını nəzərə alsaq, ötən 24 saat ərzində baş verən silahlı in sidentlərlə bağlı dəqiq məlumat sabah elan olunacaq.

Hər il Amerikada odlu silahdan istifadə edilərək törədilən zorakılıq  hallarında minlərlə nəfər ölür və ya xəsarət alır.

скачать dle 12.1

Şərhlər