SON DƏQİQƏ
» » Tehranın müvəqqəti imam cüməsi: düşmənin məqsədi fitnə törətməkdir

Tehranın müvəqqəti imam cüməsi: düşmənin məqsədi fitnə törətməkdir

Tarix:

25-01-2019, 17:31

/ 10 316 dəfə oxundu.
Tehranın müvəqqəti imam cüməsi: düşmənin məqsədi fitnə törətməkdir

Tehranın müvəqqəti imam cüməsi bu gün cümə namazı xütbələrində deyib: Düşmən hazırkı mərhələdə var gücü ilə savaşa hazırdır. Buna görə də xalq və ölkə rəsmiləri etiqadlarda fəsad törətmək məqsədilə kütləvi hücum meydanına çevrilən sosial şəbəkələr qarşısında ayıq olmalı və mübarizə aparmalıdırlar.

İRİB-nin verdiyi məlumata görə, Tehranın müvəqqəti imam cüməsi höccətülislam Kazım Sədiqi daha sonra ölkənin daxili potensiallarına işarə edərək, deyib: Məsul şəxslər dəqiq proqramlaşdırmalar ilə xalqın iqtisadi problemlərinin həlli yolunda addım atmalıdırlar.

Tehranın müvəqqəti imam cüməsi daha sonra İslam İnqilabının qələbə çalmasının qırxıncı ildönümünün yaxınlaşmasına işarə edərək, deyib: xalq İmam Xomeyni(rə), şəhidlər və İslam İnqilabının Böyük Rəhbəri ilə öz beyətini təzələmək üçün 22 bəhmən yürüşündə var gücü ilə iştirak etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ