SON DƏQİQƏ
» » Türkiyənin rus elitasını şoka salan addımı – Analiz

Türkiyənin rus elitasını şoka salan addımı – Analiz

Tarix:

19-01-2019, 11:30

/ 10 203 dəfə oxundu.
Türkiyənin rus elitasını şoka salan addımı – Analiz

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir.

GunAz.az bildirir ki, bu sözləri Axar.az-a son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, son zamanlar Türkiyənin xarici siyasətində Rusiya da önəm kəsb edir:

“Düzdür, Rusiya ilə əlaqələr Türkiyəyə mənfəət gətirir. Bu əlaqələr xüsusən də qardaş ölkənin turizm sektoruna böyük gəlirlər qazandırır. Üstəlik, türk şirkətləri Rusiyadan böyük sifarişlər alıblar. Ancaq buna baxmayaraq, Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Məsələn, Türkiyənin indiki sənaye bazasının inkişafında Almaniyanın, hərbi sənayesinin formalaşmasında ABŞ-ın rolu danılmazıdır. Bu mənada Qərb dəyərlərinin Türkiyədə oturuşması fonunda Avropa ilə sıx əlaqələr Türkiyənin inkişafına daha çox stimul verəcək”.

Sabiq dövlət müşaviri hesab edir ki, istənilən halda Türkiyə siyasi oriyentasiyasına korrektlərdə ehtiyatlı davranmalıdır:

“Hətta Türkiyə son zamanlar İranla da münasibətlərinin səviyyəsini yüksəldir. Türkiyə siyasi oriyentasiyasını yönləndirərkən ənənəvi siyasətdən qəti dönüşə meyillənməməlidir. Belə ki, NATO ilə inkişaf xətti ilə bərabər, Rusiya ilə bünövrəsi qoyulmuş əlaqələr də qorunub saxlanılmalıdır”.

Politoloq onu da əlavə edib ki, Rusiya son zamanlar Türkiyənin Ukrayna ilə yaxılaşmasından dərin narahatlıq keçirir: “Ukraynaya kəşfiyyat dronlarının satılması qərarı Rusiyada böyük qalmaqala səbəb olub. Zənnimcə, Türkiyə Ankara-Kiyev münasibətlərindən şoka düşən rus dairlərinin hansı məqsədlər güddüyünü diqqətdə saxlayaraq tədbiri əldən verməməlidir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ