SON DƏQİQƏ

Avropada qar uçqunları: ölənlər var

Tarix:

14-01-2019, 12:11

/ 10 194 dəfə oxundu.
Avropada qar uçqunları: ölənlər var

Avstriyanın Alp dağlarında yerləşən Lex-am-Arblerq dağ-xizək kurortu yaxınlığında baş verən qar uçqunu nəticəsində üç nəfər həyatını itirib.

GunAz.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qrupdan olan dördüncü şəxs itkin düşüb, əlverişsiz hava şəraiti və qar uçqunu riski ilə əlaqədar axtarışlar müvəqqəti olaraq dayandırılıb.

Məlumata əsasən, xizəkçilər Almaniyadan olan turistlərdir.

Fransanın Morillon dağ-xizək kurortunun iki əməkdaşı isə faciəvi şəkildə ölüb. Onlar qar uçqununa qarşı partlayıcı vasitə quraşdıran zaman partlayış baş verib.

İnsident 1,800 metr yüksəklikdə baş verib. Adıçəkilən kurortda qar uçqununa qarşı profilaktik tədbirlər hər il dağ-xizək mövsümünün açılışı ərəfəsində həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ