SON DƏQİQƏ

Meksika-ABŞ sərhədində gərginlik

Tarix:

26-11-2018, 08:43

/ 10 291 dəfə oxundu.
Meksika-ABŞ sərhədində gərginlik

Meksikanın ABŞ-la sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar.

Bu barədə yerli "Milenio" portalı yazıb.

Bildirilir ki, miqrantlar Meksikanın Tixuan şəhərinə geri dönüblər.

Qeyd edək ki, daha əvvəl bir neçə yüz miqrant Meksika-Amerika sərhədinə doğru irəliləyib. Onlar Meksika polisi tərəfindən yaradılmış kordonu keçməyə cəhd göstəriblər. ABŞ sərhədçiləri bununla əlaqədar qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Habelə onlara rezin güllələr atıblar.

скачать dle 12.1

Şərhlər