SON DƏQİQƏ

İrana qarşı sanksiyalar Rusiyaya sərf edir

Tarix:

9-11-2018, 16:12

/ 10 421 dəfə oxundu.
İrana qarşı sanksiyalar Rusiyaya sərf edir

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya əvvəllər bu ölkənin şirkətlərinin fəaliyyət göstərdiyi bazarları ələ keçirmək fürsəti qazanıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb. 

Məqalədə fikirləri yer alımış ekspertlərin fikrincə, Rusiya İran neftini bundan sonra barter yolu ilə - ərzaq və istehsalat avadanlıqları müqabilində almaq niyyətindədir. 

Yazıda həmçinin hazırda neft hasilatına görə dünya lideri olan Rusiyanın son 30 ilin hasilat rekorduna sahib olduğu da xatırlanır.

скачать dle 12.1

Şərhlər