SON DƏQİQƏ

“iPhone” satışı qadağan edilə bilər

Tarix:

13-09-2018, 15:57

/ 10 260 dəfə oxundu.
“iPhone” satışı qadağan edilə bilər

Cənubi Koreyada "iPhone" və "iPad" cihazlarının satışı qadağan edilə bilər. "Apple"şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.

GunAz.az bildirir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.

Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya "iPhone" və "iPad2 cihazlarının son modellərinin istehsalında istifadə olunub.

Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada "iPhone X", "iPhone 8" və "8 Plus", həmçinin "iPad Pro" qurğularının satışı qadağan ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ