SON DƏQİQƏ

Məcburi köçkün düşərgəsi atəşə tutulub

Tarix:

3-09-2018, 08:41

/ 10 331 dəfə oxundu.
Məcburi köçkün düşərgəsi atəşə tutulub

Liviyanın paytaxtı Tripolidə məcburi köçkün düşərgəsi atəşə tutulub.

GunAz.az TASS-a istinadən xəbər verir ki, Tavarqa şəhərindən olan 1200 məcburi köçkünün məskunlaşdığı "Əl-Fallyəh" düşərgəsinin minaatanlardan atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Məlumata görə, ərazidə bir mərmi partlayıb. Atəş nəticəsində düşərgəyə maddi zərər də dəyib.

Liviyanın paytaxtı ətrafındakı cənub və şimal şəhərlərində düşmənçilik edən qruplaşmalar arasındakı döyüşlər artıq bir həftədir səngimir. Məlumata görə, toqquşmalar zamanı 40-dan çox insan həlak olub, onlarla yaralı var. Onların əksəriyyəti dinc sakinlərdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ