SON DƏQİQƏ

Ruhanidən ABŞ-a hərbi MESAJ

Tarix:

21-08-2018, 15:20

/ 10 227 dəfə oxundu.
Ruhanidən ABŞ-a hərbi MESAJ

Türkiyə ilə İran birgə hərbi təyyarə istehsal edə bilər.

GunAz.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani “Kövsər” adlı qırıcı təyyarənin təqdimat mərasimində deyib. Rəsmi Tehranın Türkiyə və Pakistanla əməkdaşlıq edə biləcəyini söyləyən Ruhani, 3 ölkənin hərbi sahədə təyyarə istehsalından əlavə, daha çox iş görmək imkanının olduğunu vurğulayıb.

O, ABŞ-ın Türkiyəyə sanksiyalarını da tənqid edib:

“ABŞ etibarsız dövlətdir. Vaşinqton yaxşı bilir ki, İrana hücuma keçsə, bunun nəticəsi onlar üçün çox ağır olacaq”.

Qeyd edək ki, İran bu gün “Kövsər” adlı ilk reaktiv qırıcı təyyarəsini təqdim edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ